Nyu-Yorkda bir qrup erməni Paşinyanı “satqın” hayqırtıları ilə qarşıladı - Video
2022-09-24 13:00:00
Nyu-Yorkda bir qrup erməni Ermənistanın baş naziri Nikol Paşinyanı “Nikol, satqın” şüarları ilə qarşılayıb.
Hurriyyet.az xəbər verir ki, onlar yüksək səslə şüarlar səsləndirərək Paşinyanla maşına yaxınlaşmağa çalışıblar.
Qeyd edək ki, Paşinyan 2 gündür Nyu-Yorkdadır və orada BMT Baş Assambleyasında çıxış edib, habelə bir sıra yüksək vəzifəli şəxslərlə görüşüb.
yenisabah.az