📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nyu-Yorkda göz-gözü görmür, əhaliyə evdən çıxmamaq çağırışı edildi - FOTOLAR

2023-06-10 08:32:00

Nyu-Yorkda göz-gözü görmür, əhaliyə evdən çıxmamaq çağırışı edildi - FOTOLAR

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərini Kanadadakı meşə yanğınlarından çıxan tüstü dumanı bürüyüb. Şəhərdə boğucu hava kütləsi hökm sürür. Havanın çirklənməsi rekord həddə çatıb – normal haldakına nisbətən 8 dəfə artıb. Şəhərin mövcud durumu “fövqəladə vəziyyət” kimi qiymətləndirilib, əhaliyə evdən çıxmamaq çağırışı edilib.

BMT bu vəziyyəti “iqlim böhranının simvolu” adlandırıb. Bəzi məktəblərdə dərslərin keçilməsi dayandırılıb. Nyu-York valiliyi əhaliyə 1 milyon ədəd N95 maskası paylandığını bildirib.

Hürr Tərcüman