📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

""Nyukasl"ın zəif tərəfi yoxdur" - Qurban Qurbanov

2026-02-12 17:40:19

Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirəcəyimiz oyunun hazırlıqlarına başlamışıq.

"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, rəqibin zəif tərəflərinin olmadığını söyləyib: “Rəqibimizin ancaq güclü tərəfləri var. Ümumən hazırlıqlarımız gedir. Amma bizim qarşıda çempionat oyunlarımız var. Premyer Liqadakı matçımızı keçirdikdən sonra “Nyukasl”la görüşün hazırlıqlarına tam köklənəcəyik”.

Qeyd edək ki, fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.