📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

O gəmidə yaralananlardan biri də Coşqun olub - Foto+Video

2026-10-07 10:34:02

O gəmidə yaralananlardan biri də Coşqun olub - Foto+Video

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinin dron hücumuna məruz qalması nəticəsində xəsarət alanlardan biri də Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyevdir.

Hurriyyet.net xəbər verir ki, o, 3 ildir gəmidə mühərrik ustası kimi çalışırmış.

Hazırda o, Rumıniyada gəmidə xəsarət alanlarla birlikdə müalicə alır.

Atası Azər Məmmədəliyev bildirib ki, Coşqun 2 aydır gedib.

“Hər şey normal idi, salamatlıq idi. Rumıniya şəhərində idilər. Hadisə dünən səhər olub. Bizim məlumatımız olmayıb. Bu gün səhər xəbərimiz olub ki, gəmi vurulub. Şərait yaradıblar, özü ilə danışmışıq. Hər şey qardasındadır”, - deyə o vurğulayıb.

Daha ətraflı İTV-nin süjetində: