📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“O, ÖZÜNÜ TAXTDA GÖRÜR...” – “Şoyqu Putin üçün Priqojindən də təhlükəlidir”

2023-12-08 12:16:42

“O, ÖZÜNÜ TAXTDA GÖRÜR...” – “Şoyqu Putin üçün Priqojindən də təhlükəlidir”

“Rusiyanın Müdafiə naziri Sergey Şoyqu özünü Vladimir Putinin əvəzinə taxtda görür və o, işğalçı ölkənin lideri üçün “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojindən daha təhlükəli olur”.

Hurriyyet.az xəbər verir ki, bunu tanınmış hərbi və siyasi ekspert Aleksandr Kovalenko Ukrayna televiziyasına açıqlamasında deyib.

Kovalenko bildirib ki, Rusiya Müdafiə Nazirliyinin rəhbərinin kifayət qədər ciddi siyasi ambisiyaları var: “Şoyqunun ambisiyaları var – o, özünü Putinin əvəzinə Rusiya taxtında görür və onun bu ambisiyaları özünü hələ Ukraynaya genişmiqyaslı işğaldan əvvəl göstərirdi. Həmin vaxt Şoyqu az qala ultimatum şəklində Vahid Rusiya Partiyasında özü üçün bir nömrəli mandatı qazanmışdı".

Ekspert qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin tərkibinə daxil olan müxtəlif güc strukturları seçkilər zamanı müxtəlif səviyyələrdə özünə yaxın siyasi qüvvələr yaradaraq, onları irəli çəkməyə cəhd ediblər. Kovalenkonun fikrincə, Şoyqunun Ukraynaya qarşı müharibədə sahib olduğu vəzifə və imkanlar onun ambisiyalarını daha da artırıb: “Şoyqu bu gün Putin üçün getdikcə daha təhlükəli olur, hətta Priqojindən də daha təhlükəli”.

AzPolitika.info