📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

O videonu yayanlar həbs olundu

2026-02-12 12:34:10

O videonu yayanlar həbs olundu

Bakının Nərimanov rayonunda yerləşən “pub”ların birində əxlaqsız video çəkərək sosial şəbəkədə paylaşan və bununla da cəmiyyətə açıq formada hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb olunub.

Hurriyyet.org Teleqraf-a istinadən xəbər verir ki, polis tərəfindən yayılan görüntülərdə yer alan Ç.S, R.H və E.Ə barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, videoda yer alan qadın 25, digər iki kişi isə 30 sutka inzibati qaydada həbs olunub.