📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"O, yalan danışır, bu hadisə biabırçılıqdır!" - VİDEO

2023-11-25 20:32:38

«Uduzan millimizin üzvləri vaxt aparırlar».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində yığmamızın AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya 0:5 hesablı məğlubiyyətindən bəhs edib.

Tanınmış teleşəhrçi komandamızın Brüsseldə utancverici oyun sərgilədiyini, baş məşqçi Canni De Byazinin 90 dəqiqənin gedişatı ilə bağlı yalan danışdığını bildirib:

«Biz görmüşük ki, uduzan komanda irəli atılır, fərqi azaltmağa çalışır. Millimiz bunu etmədi.

Əksinə, bütün futbolçular vaxtı uzatmağa çalışırdı ki, daha qapımıza qol vurulmasın. Şahruddin Məhəmmədəliyev 60-cı dəqiqədən etibarən topun oyuna daxil olmasını ləngidirdi.

Qismət Alıyev heç aut atmaq istəmirdi.

De Byazi isə çıxıb yalan danışır, rəqibə müqavimət göstərdiyimizi deyir. Bu, biabırçılıqdır!».

 

 

SPORTİNFO.AZ