📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"OBA" kiflənmiş, qurd basmış malları endirimə qoyur, AQTA şikayəti dinləmir" - FOTO

2023-06-03 00:03:00

"OBA" Marketdən alınan kobasa kiflənmiş çıxıb.
Bu barədə Vurğun Miriyev adlı sosial şəbəkə istifadəçisi "Facebook"da paylaşım edib. O bildirir ki, bu artıq ikinci haldır ki, başına gəlib:
"Dünən "OBA" marketdən kolbasa almıam. Endirimdə idi. Getirmişəm evdə baxıram kiflənib, qurd salıb. Bu artıq 2-ci haldır eyni məhsulda baıma gəlib.
2 il bundan əvvəl baş verendə zəhərlənmə olmuşdu. Qida Təhlukəsizlik Agetnilyinə müraciət etdim. Çeki və dəlilləri apardılar. Hhələ də araşdırırlat. (AQTA əməkdaı ilə yazışmalarım rəy bölmündə)
Yenə də AQTA qaynar xəttinə yığdım. Şikayyet düyməsinə basan kimi telefonu qapadırlar".

"OBA" kiflənmiş, qurd basmış malları endirimə qoyur, AQTA şikayəti dinləmir" - FOTO


Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" Şirkətlər Qrupuna daxildir.

 

32gun.az