📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“OBA”da partlayış - İki nəfər yaralandı - Video

2025-02-27 09:06:51

“OBA”da partlayış - İki nəfər yaralandı - Video

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova məlumat yayıb.

İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. 

Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.

Oxu.az