📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Obama: "Krım sakinləri Rusiyaya qoşulmaq istəyirdilər"

2023-06-23 22:22:00

Obama:

“2014-cü ildə Krımda əksər rusdillilər yarımadanın Rusiya Federasiyasına qoşulması ideyasını dəstəkləyirdilər”.

Bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib.

“2014-cü ildə Ukrayna bu gün haqqında danışdığımız Ukrayna deyildi.  Krımda çoxlu rusdillilər var idi və Rusiyanın ideyalarını dəstəkləyirdilər”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, hətta Ukrayna parlamentində də müəyyən sayda Rusiya tərəfdarları var idi və ölkə daxilində siyasət indikindən daha mürəkkəb idi.

“2014-cü ilin martında Krımda referendum keçirildi, nəticədə yarımada Rusiyanın ərazisinə, Sevastopol isə federal əhəmiyyətli şəhərə çevrildi”, – deyə Obama bildirib. \\KONKRET.az