📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Obonato” onların dilində...

2022-11-23 00:58:00

 “Obonato” onların dilində...

Afrikada şalışan bir antropoloq, qəbilərin birində uşaqlara bir oyun oynamağı təklif edir. O ağacın yanına müxtəlif meyvələrlə dolu bir səbət qoyur və uşaqlara deyir: ”Kim agaca qədər tez qaçsa, bu dadlı meyvələr onun olacaq”.

Oyunun başladığını işarə edən zaman uşaqlar hamısı bir-birinin əlindən bərk yapışaraq birlikdə ağaca tərəf qaçdılar və hamısı birlikdə oturaraq, həvəslə meyvələri yeməyə başladılar. Təəcüblənmiş antropoloq uşaqlardan, bu qədər dadli meyvələri hər kəsin tək yemək şansının olduğu halda nə üçün birlikdə qaçdıqlarını soruşdu. Usaqlar isə “Obonato” cavabını verdilər. Hər kəs kədərliykən bir nəfərin xoşbəxtliyi mümkündürmü? “Obonato” onların dilində “Biz mövcud olduğumuz üçün, mən də varam” mənasını ifadə edirmiş.

 

Hurriyyet.Az