📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Öcalanın ABŞ bazasında gizlənmiş davamçısı NATO üzvü olmaq istəyən İsveçə ismarıc göndərdi

2022-05-25 20:39:00

Öcalanın ABŞ bazasında gizlənmiş davamçısı NATO üzvü olmaq istəyən İsveçə ismarıc göndərdi

Hurriyyet.az Türkiyənin “Star” nəşrinə istinadla xəbər verir ki, İsveçin SVT televiziyası YPG/PKK terror təşkilatının başçılarından olan Salih Müslümdən müsahibə alıb. Veriliş ABŞ-ın Suriyanın şimalında yerləşən, Salih Müslümün gizləndiyi bazasında çəkilib.

İsveçin NATO-ya daxil olması məsələsində Türkiyənin qadağa qoyması fonunda terrorçuların başçısı Müslüm İsveçə güvəndiklərini bildirib.

İsveçin dövlət televiziyasının xəbərində Müslümün Şimali Avropa ölkəsinin NATO üzvlüyü üçün YPG-ni əsla təşkilatı kimi qəbul etməyəcəklərini, Türkiyənin NATO üzvlüyü məsələsindəki tələblərinə müsbət cavab verməyəcəyi iddia edilib.

Verilişdə Salih Müslümün müxbirin YPG-nin PKK ilə əlaqədar olub-olmadığı ilə bağlı sualına cavab vermək istəmədiyi də görünüb.

İsveç dövlət televiziyasının bölgədən çəkdiyi videoda bir çox yerlərdə PKK terror təşkilatının başçısı Abdullah Öcalanın fotolarının asıldığı da görünür.

 

Hürr Tərcüman