Öcalanın şagirdi olmuş terrorçu zərərsizləşdirib
2021-11-10 17:19:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Silahlı Qüvvələri ilə Milli Kəşfiyyat Təşkilatı İraqın Qara rayonunda birgə əməliyyat keçirib. Əməliyyat nəticəsində təhlükəlilik dərəcəsinə görə qırmızı siyahıda axtarışda olan, PKK/KCK terror təşklatının qondarma Mərkəzi Komitəsinin üzvü, “Emine Erciyes” kod adlı Nazlı Taşpınar zərərsizləşdirilib.
Təşkilata 1994-cü ildə qoşulan Taşpınar şəxsən PKK-nın başçısı, uşaq qatili Abdullah Öcalanın yanında təlimdə olub, Türkiyəyə qarşı terror aktlarına rəhbərlik edib.
Bir müddət Türkiyədə, sonra Suriyada fəaliyyət göstərdikdən sonra 2019-cu ildə İraqa köçən Taşpınar terror təşkilatının qadınlardan ibarət PAJK qanadının başçısı da olub.
Hürr Tərcüman