📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Öd kisəsində daş əmələ gətirən 5 səhv

2024-01-17 00:20:45

Öd kisəsində daş əmələ gətirən 5 səhv

Öd kisəsi daşlarının əmələ gəlməsinə səbəb olan faktorlar çoxdur. Bunlara bizim yanlış həyat tərzimiz də demək olar.

Həmin 5 səhvi təqdim edirik.

1. Xolesterin çoxdur

Xolesterini artıran qidaları yemək nəinki damarları tutur, öddə də daş əmələ gətirir.

Çünki bu qidaları həll etmətə ödün tam gücü yetmir. Həll olmayan xolesterin toplaşır, bərkiyir, kristallara çevrilir, onlar da zamanla daş olur. Heyvani mənşəli yağ, ət, süd yeyənlərdə bu daha çox olur.

2. Soyuq qidalar, buzlu içkilər

Soyuq, buzlu içki və desertlər, soyuducudan birbaşa nəsə yemək da öddə daş prosesinə səbəb olur.

3. Artıq çəki, piylənmə

Çox miqdaqda yağ, duz, şirin, karbohidrat yemək metobolizmi pozur, öd şirəsini qatılaşdırır, öddə spazm yaradır.

4. Yağlı qidalar, yemək arası qidalanma

Gün ərzində tez-tez atışdırmalıq qidalar, yağlı, souslu fast-fudlar xolesterini, yağlanmanı artırır.

5. Alkoqol

Çox miqdarda spirtli içki ödün sekresiyasını və tərkibini pozur, öd durğunluğu yaradır.

Öd daşı həyati təhlükəlidir, yaxşı halda əməliyyatla xilas olacaqsız. \\Medicina.Az