Ödənişli yolda ağır qəza - Ölən və yaralananlar var
2024-01-13 13:29:28
Bakı-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə sürücü C. Həsənov hadisə yerində ölüb. Avtomobildə olan digər 2 sərnişin - Emin Xudiyev və Nərmin Təhməzova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
APA