📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ödənişli yolda nəqliyyat hadisəsi olub, ölən və yaralanan var

2023-11-28 21:45:34

Ödənişli yolda nəqliyyat hadisəsi olub, ölən və yaralanan var

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Nissan X-Trail" markalı avtomobili yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Belə ki, qəza nəticəsində 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı hadisə yerində aldığ xəsarətlərdən ölüb. Daha bir nəfər, 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

\\Report.Az