Ödənişli yoldan istifadə edənlər üçün yenilik - Video
2025-02-18 11:55:14
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli keçid kartı”nın balansını artıq onlayn şəkildə də artırmaq mümkündür.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Kartın balansını satış məntəqələrində də artırmaq olur.
Balans artırma və “Sürətli keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.
“Sürətli keçid kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.