Ofisdə işləyənlər hansı xəstəliklərlə üzləşir?- Barmaqlar sıradan çıxır
2022-02-28 21:36:00
Rusiyalı məşhur həkim Yevdakimenko ofis işində çalışanların işlərinə görə ən çox üzləşdikləri və tutulduqları xəstəlikləri sadalayıb.
Oturaq və qapalı məkanda işləmək səbəbindən onlarda ümumi oksigen aclığı, əzələ, bağlar, oynaqlarda problemlər, ayaq və əllərdə uyuşma, boyun protruziyası, varikoz, karpat tunel sindromu daha çox rast gəlinir.
Eləcə də kompüterdə işləməkdən biləkdə karpal tunel sindromu, oynaqda iltihab yaranır. Belə işçilərə fasilə, istirahət, iltihab əleyhinə dərmanlar, masaj lazımdır.
Eləcə də çox oturmaqdan oturaq sinir iltihabı olur. Onlarda beldə, büzdümdə, budda ağrılar yaranır”. \\MEDICINA.AZ