📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oğlan istəyən kişi yeni doğulan QIZINI GÜLLƏLƏDİ

2022-03-12 16:12:00

Oğlan istəyən kişi yeni doğulan QIZINI GÜLLƏLƏDİ

Pakistan polisi ilk övladının oğlan olmasını istədiyi üçün yeddi günlük qızını güllələməkdə şübhəli bilinən şəxsi həbs edib.

Milli.Az xəbər verir ki, Mərkəzi şəhərinin polisi bildirib ki, urdu dilində "cənnət" mənasını verən yeni doğulmuş Cənnətə bir neçə dəfə atəş açılıb. Pakistanın bəzi bölgələrində qəbilə adətlərinə görə yeni doğulmuş qız uşaqları kişi cinsinə qarşı təhqir hesab edilir.

Polis məmuru İnam-ur-Rəhman açıqlamasında şübhəlinin yaxınlıqdakı ərazidə həbs edildiyini söyləyib.

İnsan haqları qrupları Pakistanda qızların və qadınların müxtəlif səbəblərdən mütəmadi olaraq zorakılığa məruz qaldığını bildirir.

Milli.Az