📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oğlanı saçına görə qız kimi təqdim edən müəllim... - Nazir

2021-12-21 11:50:00

Oğlanı saçına görə qız kimi təqdim edən müəllim... - Nazir

Oğlan uşağını saçına görə qız kimi təqdim edən müəllimin məsələsini araşdırdıq. Müəllim bildirdi ki, o, həqiqətən yanlış anlayıb. Həmin şagirdin qız olduğunu düşünüb. Müəllim sonradan o şagirddən üzr istəyib.

Hurriyyet.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə də oxşar hadisələr olub:

"Sadəcə sosial media olmadığı üçün üzə çıxmırdı bu hadisələr. Bu, düzgün hərəkət deyil. Ancaq reallıq budur ki, məsələdə müəllim həqiqətən günahkar olmayıb və bilərəkdən şagirdi qız kimi təqdim etməyib.

Bəzən mənim özüm də şəxslərin səsinə və ya görüntüsünə görə cinslərini qarışdıra bilirəm. Bu, normaldır. Bu məsələdə isə müəllimin yanındayam. İnanmıram ki, o, qəsdən belə hərəkətə yol verib".

Xatırladaq ki, 116 nömrəli məktəbin müəllimi Azərbaycana deportasiya olunan jurnalist Röya Rəfilinin ğlan övladını saçının uzun olması səbəbindən şagirdlərə qız kimi təqdim etmişdi.