📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oğlu Emin və gəlinin Ukraynada öldüyünü eşidən ana VƏFAT ETDİ – FOTO

2022-03-07 19:25:00

Oğlu Emin və gəlinin Ukraynada öldüyünü eşidən ana VƏFAT ETDİ – FOTO

Xəbər verdiyimiz kimi, Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində daha bir azərbaycanlı ailənin üzvləri həlak olub.

Xarkov şəhərinin yaxınlığında yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Lənkəran rayonu Boladi kəndindən olan Emin Mahmudov, həyat yoldaşı Lyudmila Mahmudova və qayınanası həlak olublar. Onların iki azyaşlı övladları sağ qalıb. Uşaqlar hazırda qohumlarının himayəsi altındadır.

Mərhum Emin Mahmudovun anası Gülçöhrə Mahmudova oğlu barədə məlumat alandan sonra halı pisləşib və bir neçə saat sonra o da dünyasını dəyişib.

Qeyd edək ki, Emin Mahmudovun Xarkov vilayətində “Ləvəngi” adlı restoranı olub.

Fotoda: Emin Mahmudov və Lyudmila Mahmudova

Mənbə: Metbuat.az