📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oğlum adam öldürməyib ki, istefa verim... - Avtoş əsgərin atası

2022-06-23 12:55:00

Oğlum adam öldürməyib ki, istefa verim... - Avtoş əsgərin atası

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Məlikov xidmət yerini qanunsuz tərk etdiyinə və avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 4 ay müddətinə həbs edilib.

Hurriyyet.az
 xəbər verir ki, məsələ ilə bağlı Əziz Məlikovun atası, Şamaxı rayon Məlhəm kənd bələdiyyəsinin sədri Soltanpaşa Məlikov "Unikal"a açıqlama verib:"Bu məsələlərdən sonra əsəbiləşmişəm, şəkərim də qalxıb. Hazırda vəziyyətim yaxşı deyil. Hər şey bir-birinə qarışıb. Mənim oğlum nə edib ki? Adam öldürməyib, bir şey etməyib. Uşaqdır da, biraz gecikməsi olub, qurtardı getdi.

Bəziləri deyirlər ki, oğlumun bu hərəkətinə görə istefa verməliyəm. Məgər, oğlum nə edib ki, işdən çıxım? Hər şey Allahın qismətidir", - deyə o bildirib.