📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Oğlumu itirdiyim gündə qardaşımı da itirdim“

2022-07-15 23:55:00

“Oğlumu itirdiyim gündə qardaşımı da itirdim“

“Artıq 2 ildir ki, Poladsız yaşayıram. Bu, mənim üçün çox çətindir. Bu hissi sözlərlə ifadə edə bilmirəm”. 

Bu sözləri general-mayor Polad Həşimovun anası Səmayə Həşimova 2-ci Fəxri Xiyabanda keçirilən anım tədbirində çıxışı zamanı dilə gətirib.

Səmayə ana həmçinin Polad Həşimovun şəhadətə ucalmasından 2 ilin ötdüyü tarixdə – dünən doğma qardaşının vəfat etdiyini bildirib:

“Poladımı itirdiyim gündə – dünən öz doğma qardaşımı da itirdim. O, mənə çox arxa-dayaq qardaş idi. Bir ana, bir bacı kimi bu itkiləri dilə gətirmək mənim üçün çox ağırdır”, – deyə qeyd edən S.Həşimova sonda tədbirə gələn hər kəsə təşəkkürünü bildirib. \\Konkret