📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Oğruların adlarını deyin!” –Xalq korrupsiyaçılara qarşı qiyam qaldırdı

2022-12-05 16:13:00

“Oğruların adlarını deyin!” –Xalq korrupsiyaçılara qarşı qiyam qaldırdı

Hurriyyet.az “Komsomolskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Monqolustanın paytaxtı Ulan-Bator şəhərində etirazçılar Hökumət Sarayına daxil olublar.

Mitinqin keçirilməsinin səbəbi nəhəng miqyasda kömür oğurluğudur: Monqolustandan çıxarılan kömürlə, Çinin bu ölkədən aldığı kömürün həcmində fərq var. Nümayişçilər qanunsuz kömür ixrac edənlərin adlarının açıqlanmasını və onların cinayət məsuliyyə cəlb edilməsini tələb ediblər.

5 dekabrda baş verən etiraz dalğaları zamanı azı iki nəfər yaralanıb.

Söhbət 12,9 milyard dollar qiymətində kömürün yoxa çıxmasından gedir.

Hürr Tərcüman