📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oğul anasını qətlə yetirib

2021-08-13 14:22:00

Oğul anasını qətlə yetirib

Yevlaxda qətl hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Kövər kəndində qeydə alınıb. Oğul münaqişə zəminində yaşlı anası Gülnaz Paşayevanı boğaraq öldürüb. Qətli törədən şəxsin içkili vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi açılıb.