Oğurluq edənlərin azadlıqda gəzməsi barədə iddialara cavab verilib
2024-06-20 12:06:10
Daxili İşlər Nazirliyi Quba sakininin evindən oğurluq edən şəxslərin azadlıqda gəzməsi ilə bağlı iddialara münasibət bildirib.
Məsələ ilə bağlı Quba RPŞ-də zəruri araşdırmalar aparılıb:"Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur. Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq".