📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oğuzda oğluna xəsarət yetirən atanı polis saxlayıb

2026-03-21 22:42:13

Oğuzda oğluna xəsarət yetirən atanı polis saxlayıb

Oğuz rayonunda bıçaqlanma hadisəsi olub.

Hadisə bu gün saat 19 radələrində rayonun Ərmənət kəndində qeydə alınıb.

Belə ki, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Z.Məmmədov xəstəxanaya yerləşdirilib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.