📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oktyabrın 7-də 71 yaşı tamam olacaq – gələcək planları mediaya sızdırıldı

2023-10-03 13:04:05

Oktyabrın 7-də 71 yaşı tamam olacaq – gələcək planları mediaya sızdırıldı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki,  Rusiyanın nüfuzlu “Kommersant” nəşri Kremlə yaxın anonim mənbələrə istinadla noyabr ayında keçiriləcək konfransda, Vladimir Putinin 2024-cü ilin martına keçiriləcək prezident seçkilərində namizədliyinin bəyan ediləcəyini yazıb. Putin 2024-cü il bir daha prezident seçilərsə, bu, onun 2030-cu ilə qədər iqtidarda qalması demək olacaq.

1999-cu ilin son günündə Boris Yeltsinin prezident vəzifəsini təhvil verdiyi Vladimir Putin 18 il hakimiyyət başında olmuş Leonid Brejnevin rekordunu belə təzələyib.

Oktyabrın 7-də Putinin 71 yaşı tamam olur.

Hürr Tərcüman