Oktyabrın 7-dən bəri 90-a yaxın jurnalist həlak olub
2023-12-14 15:34:27
Hurriyyet.az xəbər verir ki, Qətərin “Əl Cəzirə” telekanalı İsrail-Fələstin münaqişəsinin alovlandığı 7 oktyabr tarixindən bəri Qəzza bölgəsində azı 89 jurnalistin həlak olduğunu bildirib. Son olaraq, 13 dekabr tarixində anklavın atəşə tutulması nəticəsində 2 jurnalist həyatını itirib.
Qəzza bölgəsinin Səhiyyə Nazirliyinin məlumatına görə, münaqişə başlanandan bəri ərazidə 18,6 min nəfərdən artıq insan həyatını itirib, 50,6 min nəfərdən çox yaralı var.
Hürr Tərcüman