Oktyabrın 7-dən bəri Qəzzada 16 min nəfərdən çox uşaq həlak olub - statistika
2024-08-06 17:38:08
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qəzza rəhbərliyinin mətbuat xidmətinin "Teleqram" kanalında paylaşdığı məlumata görə, 2023-cü ilin 7 oktyabr tarixindən bəri ölkədə 17 min nəfərə yaxın uşaq bir və ya hər iki valideynindən məhrum olub. Hərbi əməliyyatlar nəticəsində azı 16 365 uşağın həlak olduğu bildirilir. 3,5 minə yaxın uşaq isə ərzaq çatışmazlığı səbəbindən kəskin aclıqla üzləşib.
Hürr Tərcüman