📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ola biləcək fəlakətə qarşı xüsusi tədbirlər planı hazırlanmalıdır" - FUAD QƏHRƏMANLI

2023-12-07 10:48:09

"Xəzərdə və Bakı ətrafında seysmoloji tədqiqatlar aparılmalı, bunun üçün lazımdırsa xaricdən daha yüksək səviyyəli mütəxəssislər dəvət edilməlidir"

"Bir il ərzində Bakıda artıq ikinci dəfə zəlzələ oldu. Bu seysmoloji aktivliyin artdığını göstərir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.

Siyasi şərhçinin fikrincə, bunu nəzərə alaraq Xəzərdə və Bakı ətrafında seysmoloji tədqiqatlar aparılmalı, bunun üçün lazımdırsa xaricdən daha yüksək səviyyəli mütəxəssislər dəvət edilməlidir: "Heç bir təminat yoxdur ki, indikindən daha güclü yer təkanları daha olmayacaq. Ona görə də ola biləcək fəlakətə qarşı xüsusi tədbirlər planı hazırlanmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az