📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Olaf Şolts seçiləndən sonra Merkel siyasətdən gedəcək

2021-12-03 16:17:00

Olaf Şolts seçiləndən sonra Merkel siyasətdən gedəcək

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Almaniya Federativ Respublikasının kansleri Angela Merkel xələfi Olaf Şoltsun 8 dekabr tarixində yeni kansler seçilməsindən sonra vəzifəsindən istefa verəcək. Bu məlumatı Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert bu gün keçirilən brifinqdə verib.

Zaybert deyib: “Çərşənbə günü Olaf Şoltsun yeni kansler seçilməsindən sonra onun vəzifə müddəti başa çatacaq. O zaman Almaniyanın yeni kansleri olacaq. Başqa heç bir kölgə kansleri olmayacaq. Kansler xanım həmin gündən sonra siyasi fəaliyyətini dayandırmaq niyyətindədir”.

Zaybert onu da əlavə edib ki, xanım Merkel siyasətdən gedəcəyini və “bir ay ərzində tədbirlərdə iştirak etmək istəmədiyini” bu günə qədər dəfələrlə ictimaiyyətə bəyan edib.

 

Hürr Tərcüman