Olaf Şolzdan AÇIQLAMA: Almaniya Ukraynaya Bundesverin ehtiyatlarından tez çatdırıla bilən bütün silahları göndərir
2022-04-06 15:44:00
Almaniya Ukraynaya Bundesverin ehtiyatlarından tez çatdırıla bilən bütün silahları göndərir. Bu barədə Almaniya kansleri Olaf Şolz açıqlama verib.
O qeyd edib ki, Almaniya Rusiya Federasiyası qoşunlarını çıxarana qədər Ukraynaya silah tədarükünü davam etdirəcək. Şolz bildirib ki, Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi müzakirə olunur, lakin konkretliklər barədə danışmaq hələ tezdir.
Eyni zamanda Şolz qeyd edib ki, “nə olursa olsun, NATO münaqişədə iştirak etməyəcək”.
Ülviyyə, Hurriyyet.az