📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ölən itinin külünü səpələmək istədi - Havada alınan forma hər kəsi şoka saldı - VİDEO

2022-05-28 22:25:00

Ölən itinin külünü səpələmək istədi - Havada alınan forma hər kəsi şoka saldı - VİDEO

ABŞ-nin Çikaqo ştatında yaşayan qadın ölmüş itinin külünü atarkən peyda olan it fiquru izləyən hər kəsi şoka salıb.

Çikaqoda yaşayan qadın ənənələrinə uyğun olaraq iti "Biscuit" öldükdən sonra itin cəsədini yandırıb. 

Hurriyyet.az Xəzər TV-yə istinadən xəbər verir ki, sonra külü gölə səpməyə gedib.

Qadın külləri gölə səpmək istəyərkən ortaya it silueti çıxıb. 

Bu hadisə hər kəsi heyrətləndirib. 

Video qısa müddət ərzində sosial mediada ən çox baxılan məzmunlardan birinə çevrilib.