📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oleq Novitski ETİRAF ETDİ - Putindən görüşdən əvvəl...

2023-05-23 21:33:00

Oleq Novitski ETİRAF ETDİ - Putindən görüşdən əvvəl...

Rusiyalı kosmonavt Oleq Novitski Kremldə Putinlə görüşməzdən əvvəl bir həftə təcridxanada olduğunu etiraf edib.

Bu barədə kosmonavtın özü prezidentin əlindən medal alarkən söyləyib.

Qeyd edək ki, Novitski Putindən III dərəcəli “Vətənə xidmətə görə” ordenini alıb. Kürsüyə qalxan kosmonavt “Bağışlayın, biz təcrid olunmuş vəziyyətdə bir həftə susmuşuq”, - deyə, sözünü deməkdən çəkinməyib.

Putin Novitskidən başqa, bu gün Razman Kadırovun həyat yoldaşını, Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkini, Rusiya Liberl-Dmeokrat partiyasının Jirinovskidən sonrakı lideri, deputat Leonid Slutskini və Ukraynadakı müharibənin bir neçə iştirakçısı da daxil olmaqla 30-dan çox şəxsi mükafatlandırıb.

Qeyd edək ki, əvvəllər prezidentlə görüşmək üçün yarım ay təcriddə oturmaq lazım idi. BBC-nin məlumatına görə, 2 il ərzində prezidentin qonaqları üçün karantinlərə 1,5 milyard rubl xərclənib. \\Musavat.com