📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Olimpiakos" daha bir tanınmış futbolçunu transfer etdi

2022-09-16 19:12:00

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Olimpiakos" sıralarını daha bir futbolçuyla gücləndirib.

Hurriyyet.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Yunanıstan təmsilçisi "Marsel"dən Sedrik Bakambunun keçidini açıqlayıb.

31 yaşlı hücumçuyla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Olimpiakos" bundan əvvəl Marselo və Xames Rodriqesi transfer etmişdi.