📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Olimpiyada tarix yazan idmançı terror qrupu ilə görüşdü - VİDEO

2024-08-13 19:33:27

Olimpiyada tarix yazan idmançı terror qrupu ilə görüşdü - VİDEO

Pakistana 40 il sonra Olimpiya qızılı qazandıran Arşad Nadim terrorist qrupu "Laşkar-e-Taiba"nın üzvü Muhammad Harris Dar ilə birlikdə görüntülənib. 

Dar viral olan videoda Nadimə nailiyyətinin müsəlman dünyasını qürurlandırdığını deyib. 

Muhammad Harris Dar Mili Müsəlman Liqası siyasi partiyasının birgə katibidir. Həmin partiya "Laşkar-e-Taiba" terror qrupunun yaradıcılarından olan Hafiz Saed tərəfindən qurulub.

Qeyd edək ki, Nadim nizə atma idman növündə Olimpiya çempionu olub. 

Offsideplus.az