📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ölkələr 3-cü Dünya müharibəsinə hazırlıq görür? Almaniya silahlı qüvvələrinin modernləşdirilməsinə 107 milyard dollar ayırdı

2022-05-30 11:06:00

Ölkələr 3-cü Dünya müharibəsinə hazırlıq görür? Almaniya silahlı qüvvələrinin modernləşdirilməsinə 107 milyard dollar ayırdı

Almaniya hökuməti və Mühafizəkarlar Partiyası ölkənin Silahlı Qüvvələrinin modernləşdirilməsinə 107 milyard dollar ayırmağa razılaşıb. Bu barədə "AFP" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, saziş Berlinə “orta hesabla bir neçə il ərzində” NATO ölkələri üçün ÜDM-in müdafiəyə ayrılan 2%-lik hədəfinə nail olmağa imkan verəcək. Agentliyin məlumatına görə, qərar bir neçə həftəlik danışıqlardan sonra qəbul edilib. Hərbi satınalmalar üçün Bundesverdə fondun yaradılması planlaşdırılır.

Ülviyyə, Hurriyyet.az