📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ölkəmizdə 3 uşaqlı ailələr... - Təklif

2024-03-13 17:13:23

Ölkəmizdə 3 uşaqlı ailələr... - Təklif

Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir.

Hurriyyet.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilsin:

"Biz çoxuşaqlı ailə anlayışını 5-dən 3-ə endirsək, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın".

axar.az