📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ölkəmizdə biabırçı siyasi məhbus yaratma praktikasına birdəfəlik son qoyulmalıdır" - ŞAHİN CƏFƏRLİ

2024-04-23 11:33:25

"Jurnalistlər və siyasi motivlə həbs olunmuş digər şəxslərin də tezliklə azad edilmələri zəruridir"

"Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. Müsbət qərardır. Yəqin sonrakı mərhələdə cinayət işi də ləğv olunar". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçi bildirib ki, Akif Qurbanov, Ruslan İzzətli, Tofiq Yaqublu, Ələsgər Məmmədli, jurnalistlər və siyasi motivlə həbs olunmuş digər şəxslərin də tezliklə azad edilmələri zəruridir: "Ümumiyyətlə, ölkəmizdə biabırçı siyasi məhbus yaratma praktikasına birdəfəlik son qoyulmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az