📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ölkəmizdə həqiqətən güclü dini tolerantlıq var" - FƏRHAD MEHDİYEV

2024-03-15 12:29:09

"Əlində "rumka" ilə tost deyəndə axirət həyatı haqqında mülahizələr yürüdən cəmiyyətik, multikulturalizm hər halda budur"

"Ölkəmizdə həqiqətən güclü dini tolerantlıq var. Bu dediyim bir şəxsin, vətəndaşın daxilindədir. Eyni insan özünə qarşı dini inanclar baxımından çox tolerant yanaşır. Həyata müxtəlif aspektlərdən baxmağı bacarır. Məsələn, mənim xeyli tanışım, adi qaydada şərab və ya arağ içir, amma Ramazan gələndə oruc tutur. Bu da şəxsiyyət daxili tolerantlığın bir növüdür". Hurriyyet.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib.

Professorun fikrincə, tolerantlıq həm başqasının dini inancına, həm də öz dini inancına aid ola bilir: "Başqa bir dostum həm müsəlmandır oruc tutur, həm də reinkarnasiyaya inanır. Bir başqa dostum da boynuna xaç asıb, bu diqqətimi çəkəndə mənə "bu aralar özümü İsaya yaxın hiss edirəm" demişdi. Sonra onu da boynundan xaçı çıxarmadan oruc tutan gördüm. Əlində "rumka" ilə tost deyəndə axirət həyatı haqqında mülahizələr yürüdən cəmiyyətik. Multikulturalizm hər halda budur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az