📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ölkəmizdə Omikron ştammı aşkarlanıb?

2022-01-07 13:13:00

Ölkəmizdə Omikron ştammı aşkarlanıb?

Müğənni Aysel Əlizadə ailə üzvlərinin Omikron ştammına yoluxduğunu açıqlayıb. Müğənnin bu açıqlamasından sonra Azərbaycanda yeni ştammın olub-olmaması narahatlıq yaradıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində əhali arasında şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

“Aparılan müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb”, - E.Baxış deyib.