📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ölkəmizin aidiyyatı qurumları sayıqlığını itirməməlidir" - XAQANİ CƏFƏRLİ

2022-07-11 11:29:00

"Çünki Rusiyaya tətbiq edilən sanksiyadan sui-istifadə edərək böyük pullar qazanmaq istəyənlər tapıla bilər"

"ABŞ Maliyyə Nazirliyi Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan,Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Çin, Hindistan, İsrail, Meksika, Nikaraqua, Serbiya, Sinqapur, Cənubi Afrika və Tayvanın sanksiya tətbiq edilən malların Rusiyaya göndərilməsi üçün "köçürmə məntəqələri" ola biləcəyi ilə bağlı xəbərdarlıq edib". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyini bu xəbərdarlıqla çıxış etməyə vadar edən Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsinin (FinCEN), həmçinin Sənaye və Təhlükəsizlik Bürosunun (Bureau of Industry and Security) xəbərdarlığı olub: "Bu iki qurum Maliyyə Nazirliyini Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən sanksiyalardan yayınma cəhdlərinə qarşı ayıq-sayıq olmağa çağırıblar. Ölkəmizin adının bu siyahıya düşməməsi sevindiricidir. Lakin aidiyyatı qurumlar sayıqlığını itirməməlidir. Çünki Rusiyaya tətbiq edilən sanksiyadan sui-istifadə edərək böyük pullar qazanmaq istəyənlər tapıla bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az