📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ölkənin cənub-qərb sərhədindən İrana daxil olublar...” – Kəşfiyyat Nazirliyndən yeni açıqlama

2024-01-11 13:25:38

“Ölkənin cənub-qərb sərhədindən İrana daxil olublar...” – Kəşfiyyat Nazirliyndən yeni açıqlama

İranın Kəşfiyyat Nazirliyi bu gün bildirib ki, yanvarın 3-də Kirman şəhərində törədilən terror aktları ilə bağlı 35 nəfər həbs edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə idarədən İranın rəsmi İRNA agentliyinə məlumat verilib.

İran təhlükəsizlik qüvvələrinin məlumatına görə, şübhəlilər ölkənin bir sıra bölgələrində, o cümlədən Tehran, İsfahan və Qərbi Azərbaycanda həbs ediliblər.

Kəşfiyyat Nazirliyi həmçinin bildirib ki, terror əməliyyatının koordinatoru ölkənin cənub-qərb sərhədindən İrana daxil olub və partlayışlardan iki gün əvvəl oranı tərk edib.

AzPolitika.info