📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ölkənin ən gənc magistr tələbəsi - FOTO

2024-07-02 23:17:06

Ölkənin ən gənc magistr tələbəsi - FOTO

Bu gün magistraturaya qəbul imtahanının nəticələri elan olunub.

Hurriyyet.az “Azərbaycan Universitetləri”nə istinadən xəbər verir ki, ölkənin ən gənc magistrantı adını Əbülfəz Əzizoğlu qazanıb.

Bildirilib ki, o, Bakı Dövlət Universitetinin məzunudur və cəmi 19 yaşındadır.

 

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.