📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı

2026-11-20 21:23:18

Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı

Bu ilin 9 ayında Azərbaycana gələn-gedənlərin sayı açıqlanıb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3130 nəfər gəlib.

Hesabat dövründə isə Azərbaycandan 1780 nəfər gedən qeydə alınıb.

Ölkə üzrə miqrasiya saldosu müsbət 1350 nəfər təşkil edib.