📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ölü canlar məktəbi: Nə şagird müəllimi, nə də müəllim şagirdi tanıyır - Video

2023-06-30 16:27:00

Ölü canlar məktəbi: Nə şagird müəllimi, nə də müəllim şagirdi tanıyır - Video

Bu məktəbdə hamı bir birindən şikayətçidir. Müəllimlər direktordan, direktor da müəllimlərdən.

Hurriyyet.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbindən gedir.

Həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib:

"Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər şagirdləri tanıyır".

Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun "qanun"larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb:

"Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə "qiyabi" oxuyan şagirdlərə qiymətlər yazıblar".