“Ölü” dirildi! Həkimlər həbs edilə bilər
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ekvadorda bir xəstəxananın həkimləri xəstəni dəfn edilməsi üçün ailəsinə təhvil veriblər. Lakin qadın dəfn edilməyib.
Qalmaqallı hadisə iyunun 9-da baş verib. “El Universo” nəşri yazır: “Babaoyo şəhərindəki Martin xəstəxanasının həkimləri vəfat etmiş Bellanın bədənini doğmalarına təhvil veriblər”.
Bella adlı yaşlı qadın tabutda bir neçə saat qaldıqdan sonra oğlu və digər ailə üzvləri tabutun qapağını qaldıraraq onu dəfn mərasiminə hazırlamaq istəyiblər. Lakin onlar gözlənilməz sevinclə qarşılaşıblar: qadın sağ idi və aşkar həyat əlamətləri görünürdü!
Həkimlər bu hadisəyə mat qalıblar. Onların fikrincə, bu, katalepsiya halı da ola bilər – bu zaman xəstənin əzələlərinin tonusu dəyişilir və o, hərəkətsiz qalır.
Hazırda Bella xəstəxanaya qaytarılıb. Ailə üzvləri isə məhkəməyə müraciət eləməyə hazırlaşırlar.
Hürr Tərcüman