📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ölüm saçan döşəklər – 7 nəfər öldü, 35 nəfər ağır yaralandı

2026-11-16 12:17:56

Ölüm saçan döşəklər – 7 nəfər öldü, 35 nəfər ağır yaralandı

ABŞ-də tibbi və ortopedik döşəklərin istifadəsi ilə əlaqədar azı 7 nəfərin öldüyü, 35 nəfərin isə ağır xəsarət aldığı bildirilir.

Hurriyyet.net  xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyası (FDA) Medline şirkətinin tibbi döşəkləri və çarpayıları ilə bağlı ciddi təhlükəsizlik problemləri barədə məlumat yayıb.

Məlumata görə, məhsullarda iki əsas təhlükə müəyyən edilib. Bunlardan biri insanların döşəklə çarpayının konstruksiyası arasında sıxışaraq hərəkətsiz qalması, digəri isə məhsulların alışması nəticəsində yanğın təhlükəsinin yaranmasıdır.

FDA-nin noyabrın 13-də dərc etdiyi rəsmi məlumata əsasən, Medline oktyabrın 14-dən etibarən müvafiq çarpayı, döşək, yan qoruyucu və aksesuarlarını bazardan geri çağırmağa başlayıb.

Məhsulların 2011–2026-cı illərdə ABŞ və Kanadada satıldığı açıqlanıb.

Noyabrın 8-nə olan məlumata görə, şirkət bu təhlükələrlə əlaqəli 7 ölüm və 35 ağır xəsarət hadisəsi barədə məlumat alıb.

Medline bəzi çarpayıların təmirini, digərlərinin dəyişdirilməsini və ya alış qiymətinin tam, yaxud qismən geri qaytarılmasını nəzərdə tutan proqram elan edib.