“Ölümümdən sonra nəyim varsa, nəvəmin olacaq”
2026-10-20 21:14:21
Xalq artisti Ceyran Haşımova mirası ilə bağlı açıqlama verib.
Hurriyyet.net Axşam.az-a istinadən xəbər verir ki, Haşımova hər kəsin ölməzdən əvvəl vəsiyyətini hazırlamalı olduğunu deyib.
“Üç nəvəm, bir nəticəm var. İnsan ölməzdən əvvəl mütləq vəsiyyət etməlidir ki, sonra qırğın düşməsin. Mən də vəsiyyət etmişəm ki, ölümümdən sonra evim və nəyim varsa, nəvəm Miraşın olsun” - deyə C.Haşımova bildirib.
Qeyd edək ki, C.Haşımovanın 92 yaşı var.